Ruslan Abışov oynamadı, komandası büdrədi

Ruslan Abışov oynamadı, komandası büdrədi
XƏBƏR 27 Sentyabr 2013 / 00:46 1511
-  A +

Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" (Kazan) klubu ötən gün Rusiya Premyer Liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Kazan təmsilçisi 10-cu turda doğma meydanda "Dinamo" (Moskva) klubu ilə qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 2:2. "Rubin"in baş məşqçisi Qurban Berdıyev bu oyunda da Ruslana şans verməyib.

Qeyd edək ki, bu heç-heçədən sonra xalını 13-ə yüksəldən "Rubin" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner