"Rəvan" AZAL-la oyuna hazırlıqlarını davam etdirir

"Rəvan" AZAL-la oyuna hazırlıqlarını davam etdirir
XƏBƏR 27 Sentyabr 2013 / 00:22 1018
-  A +

"Rəvan” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində AZAL komandasını qonaq edəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda oyuna hazırlığı "Bayıl Arena”da davam etdirir.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla keçirilən məşqlərdə futbolçular müxtəlif təmrinləri yerinə yetirir. Məşqlər daha çox taktiki-texniki yöndə olur.

Toplu çalışmaların üstünlük verildiyi hazırlıqlarda zədəli 2 futbolçudan - Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa hamı iştirak edir. "Qəbələ” ilə oyundan əvvəl isinmə hərəkətləri zamanı xəsarət alıb meydana çıxa bilməyən Aqil Nəbiyev də ümumi qrupda məşqləri davam etdirir. Komandanın həkiminin sözlərinə görə, Aqilin AZAL ilə oyunda meydana çıxması üçün heç bir problem yoxdur.

 


Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır