Roberto Mançinidən "Qalatasaray" açıqlaması

Roberto Mançinidən "Qalatasaray" açıqlaması
XƏBƏR 26 Sentyabr 2013 / 13:40 3297
-  A +

"Qalatasaray" klubunun baş məşqçi postuna namizədlərdən olan Roberto Mançini İstanbul təmsilçisindən təklif aldığını təsdiqləyib.

Qol.Az-ın məlumatına görə, bu gün "Qalatasaray" rəhbərliyi ilə görüşəcəyini deyən italiyalı mütəxəssis bütün məsələlərdə anlaşacaqları təqdirdə "Cim Bom"u çalışdıracağını bildirib:

"Bir müddətdir, mənə gələn təklifləri dəyərləndirirəm. Dünən klubun prezidenti Ünal Aysal mənə zəng elədi. Son dərəcədə yaxşı və mülayim tərzdə danışdıq. Bu gün onlar İtaliyaya gələcəklər və ətraflı söhbətimiz olacaq. Bütün məsələlərdə anlaşsaq, cümə günü İstanbula gedəcəyəm".

Qeyd edək ki, Mançini son olaraq İngiltərənin "Mançester Siti" klubunu çalışdırıb.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə