Ramin Musayev: “Klub rəhbərləri deyir ki, kuboka nə qədər pul verək?”

XƏBƏR 26 Sentyabr 2013 / 13:00 2093
-  A +

Azərbaycan kuboku üçün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə pul təklif olunub. Lent.az-ın məlumatına görə, bu barədə Musayevin özü jurnalistlərə açıqlama verib.
 
“Klub rəhbərləri gəlir deyir ki, bu kuboka nə qədər pul verək. Deyirəm ki, 1 milyon ver. Bu klub rəhbərindən nə gözləyəsən?” deyə PFL prezidenti bildirib.
 
O, hakimliklə bağlı narazılıqlara da toxunub. Musayevin sözlərinə görə, səhvə yol verən hakim cəzalandırılır: “Klublardan şikayət gəlsə də, gəlməsə də, görüntülərin hər biri izlənir. Hakim səhvi varsa, cəzalanır. Bizdə adət-ənənəyə çevrilib: Uduzan komanda bütün günahı hakimlikdə görür. Son saniyələrdə məğlubiyyətdən xilas olan komanda da “Hakim bizim 3 xalımızı aldı” deyir. Elə hakim yoxdur ki, səhvinə görə cəzalanmasın. Çalışırıq ki, qərəz olmasın. “Hamı deyir ki, alıb-satdılar. Kimi alıb-satdıqları məlum deyil. Hazırda Premyer Liqanı idarə edə biləcək 8 referi var. Onların hamısına derbi həvalə etmək olmaz. Əcnəbi hakimi o zaman dəvət edərik ki, yerli baş hakimlərin yarısı cəzalandırılsın. Hakimləri hamı tənqid edir. Amma klub rəhbərlərini də tənqid etmək lazımdır”.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə