Zidan: "İsko da mənim kimi..."

Zidan: "İsko da mənim kimi..."
XƏBƏR 25 Sentyabr 2013 / 19:02 3305
-  A +

Bu yay "Malaqa"dan Madrid "Real"lna transfer olan və oynadığı futbolla hər kəs tərəfindən bəyənilən İsko haqqında məşqçiləri müsbət fikirlər səsləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunun məşqçisi Zinəddin Zidan gənc ulduzun çox uğurlu bir karyerasının olacağını deyib:

"Bir gün o da mənim kimi yaxşı bir oyunçu olacaq".

"Real"ın (Madrid) çalışdırıcısı Karlo Ançelotti də köməkçisinin fikirləri ilə razılaşaraq onu Zidana bənzədib: "İskonu Zidanla qarşılaşdırmaq təhlükəli deyil. O, oynadığı bütün matçlarda səviyyəsini ortaya qoydu. İkisinin bacarıqları bir-birinə bənzəyir".

Qeyd edək ki, ispan yarımmüdafiəçi bu mövsüm Madrid klubu ilə 6 oyunda forma geyib və 5 qol vurub.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner