"Simurq" "Qəbələ" ilə oyuna tam heyətlə hazırlaşır

"Simurq" "Qəbələ" ilə oyuna tam heyətlə hazırlaşır
XƏBƏR 25 Sentyabr 2013 / 18:13 1362
-  A +

Topaz Premyer Liqasının VIII turunda "Qəbələ"ni qonaq edəcək "Simurq" klubu hazırlıqlara başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iki günlük istirahətdən sonra "Şəfa" stadionunda məşqlərə bərpa edən "Simurq"un dünənki hazırlığı yüngül təmrinlər ibarət olub.

İsinmə hərəkətlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. Bu gün üçün komandanın iki məşqi nəzərdə tutulub. Səhər hazırlığı Zaqatala təmsilçisinin məskunlaşdığı otelin fitness zalında keçilib. Axşam çalışmaları isə "Şəfa" stadionunda baş tutacaq.

Qeyd edək ki, "sarı-qaralar" "Qəbələ" ilə oyuna hazırlıqları tam heyətlə davam etdirir. Sentyabrın 29-da "Şəfa" stadionunda keçiriləcək oyunda yalnız "Qarabağ"la matçda qırmızı vərəqə alan Draqan Çeran forma geyinə bilməyəcək.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner