"Qəbələ" idmançılarından daha bir uğur

"Qəbələ" idmançılarından daha bir uğur
XƏBƏR 25 Sentyabr 2013 / 16:31 1297
-  A +

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında Azərbaycan karateçiləri uğurlu çıxışlarını bu gün də davam etdiriblər.
 
Qol.Az-ın məlumatına görə, fərdi döyüşlərdə 2 qızıl və 2 gümüş medal qazan karateçilərimiz bu dəfə komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
"Qəbələ" karateçiləri - Rafael Ağayev və Rafiz Həsənovun yer aldığı Azərbaycan yığması finaladək müvafiq olaraq İndoneziya, Malaziya və Əlcəzair komandalarını məğlub edib. Final görüşündə İran yığması ilə qarşılaşan karateçilərimiz rəqibə 3:1 hesabilə qalib gəlib. Bu Azərbaycanın İslamiadada qazandığı 3-cü qızıl medal olub.

Xatırladaq ki, bir gün öncə "Qəbələ" karateçisi Rafael Ağayev fərdi yarışda qızıl medala sahib olmuşdu.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner