Qattuzo istefaya göndərildi

Qattuzo istefaya göndərildi
XƏBƏR 25 Sentyabr 2013 / 15:18 2358
-  A +

İtaliyanın B seriyasının klublarından olan "Palermo"nun baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, buna klubun cari çempionatdakı 6 oyunda uğursuz çıxışı səbəb olub.

Daha əvvəl "Sion"da baş məşqşi olan İtaliya millisinin sabiq futbolçusu çalışdırdığı ikinci klubda da uğur əldə edə bilməyib.

Qeyd edək ki, Qattuzo bu yay "Palermo" ilə rəsmi müqavilə imzalamışdı.

Daha çox


Son xəbərlər