“Qalatasaray”ı boykot edəcəklər

“Qalatasaray”ı boykot edəcəklər
XƏBƏR 25 Sentyabr 2013 / 13:22 2742
-  A +

"Qalatasaray"lı azarkeşlər Türkiyə superliqasında cümə günü "Çaykur Rizespor"la oynanılacaq matçı boykot etməyə hazırlaşır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun baş məşqçi Fatih Terimlə yolları ayırması azarkeşləri qəzəbləndirib. Onlar Ünal Aysalı və rəhbərliyi istefaya çağırıb.

"Cim-bom"un azarkeşləri 45 min biletin satıldığı "Türk Telekom Arena"dakı oyuna gedilməməsi üçün kampaniyaya başlayıb.  Onlar F.Terimə dəstək olaraq verilən qərara qarşı çıxıb.

Qeyd edək ki, "Qalatasaray" dünən təcrübəli mütəxəssislə yolları ayırıb.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə