"Qalatasaray"ın baş məşqçi postuna iki namizəd

"Qalatasaray"ın baş məşqçi postuna iki namizəd
XƏBƏR 25 Sentyabr 2013 / 11:27 3320
-  A +

Fatih Terimlə yollarını ayıran "Qalatasaray" baş məşqçi axtarışlarına başlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun əvvəlcə gündəmində Roberto Mançini və Di Matteo olsa da, klub prezidenti Ünal Aysal başqa mütəxəssislə danışıqlara başlanılmasını istəyib.

Onun komandada görmək istədiyi baş məşqçi isə Almaniya millisinin çalışdırıcısı Yoahim Lövdür. Artıq ona təklif göndərildiyi bildirilib. Bu transfer alınmayacağı təqdirdə isə hollandiyalı çalışdırıcı Dik Advokatla danışıqlara başlanacaq.

 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə