Levandovski: "Bavariya" ilə müqavilə imzalaya bilərəm"

Levandovski: "Bavariya" ilə müqavilə imzalaya bilərəm"
XƏBƏR 25 Sentyabr 2013 / 10:40 1850
-  A +

"Borussiya"nın futbolçusu Robert Levandovski mövsüm bitdikdən sonra "Bavariya"ya transfer olmaq istədiyini deyib.

Qol.Az-ın məlumatına görə, Dortmund klubu polşalı hücumçunun maaşını artırsa da, onu yeni müqavilə imzalamağa razı sala bilmir.

Levandovski isə "Sport1"ə açıqlamasında Münhen təmsilçisi ilə
rəsmi müqavilə imzalaya biləcəyini deyib: "Növbəti mövsüm "Bavariya"da oynaya bilərəm. Bu barədə bəlkə yanvar ayında məlumat verdim. Çünki yanvarda klubla rəsmi müqavilə imzalaya bilərəm".

Qeyd edək ki, "Bavariya" bu yay futbolçunu heyətinə qatmaq istəsə də, "Borussiya" buna razılıq verməmişdi.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu