Alveş: "Qaraciyərimi Abidala versəydim..."

Alveş: "Qaraciyərimi Abidala versəydim..."
XƏBƏR 24 Sentyabr 2013 / 14:45 2514
-  A +

"Barselona"nın futbolçusu Dani Alveş sabiq komanda yoldaşı Erik Abidalın xəstə olduğu vaxtda qaraciyərini ona təklif etməsini təsdiqləyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Abidalla çox yaxın dost olan 30 yaşlı oyunçu birinin həyatını xilas etməyin futboldan vacib olduğunu deyib:
 
"Mən ona kömək etmək istəyirdim. Abidala və ailəsinə böyük sevgim var. Qaraciyərimi versəydim, futbolçu karyeramı riskə ata bilərdim. Amma birini həyatı təhlükədədirsə, futbol önəmsizdir. Futbol olmadan da yaşaya bilərəm".

Son xəbərlər