Neymara qarşı kobudluq

 Neymara qarşı kobudluq
XƏBƏR 24 Sentyabr 2013 / 13:37 2298
-  A +

"Barselona" ilə hələlik rəsmi matçlarda qol vura bilməyən, ancaq dörd qol ötürməsi ilə diqqəti cəlb edən braziliyalı Neymar bir başqa statisiktada da komanda yoldaşlarını geridə qoyub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, hücumçuya qarşı indiyə kimi 23 dəfə kobudluq edilib. Bu isə Neymarı Kataloniya klubunda ən çox kobudluğa məruz qalan futbolçu edib.

Qeyd edək ki, Messiyə qarşı isə bu mövsüm 7 dəfə kobud oynanılıb.

Daha çox


Son xəbərlər