“Qalatasaray”da mühüm görüş

“Qalatasaray”da mühüm görüş
XƏBƏR 24 Sentyabr 2013 / 13:11 2559
-  A +

“Qalatasaray" bu gün baş məşqçisi Fatih Terimlə vacib danışıqlar aparacaq.

Qol.Az-ən Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17:00-da "Türk Telekom Arena"da klub prezidenti Unal Aysalla F.Terim arasında keçiriləcək iclasda təcrübəli mütəxəssisin komandadakı taleyinə aydınlıq gətiriləcək.

Qeyd edək ki, Terimin milli ilə müqavilə imzalamasının ardından baş məşqçi ilə "Qalatasaray" arasında problemlər yaranıb. Mütəxəssis "Cim-bom"un ona təklif etdiyi müqaviləni isə hələlik imzalamayıb.

Bu gün keçirilən görüşdən sonra klubun Terimlə bağlı son qərarı verəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır