"Real"ın prezidenti: "Beylin transferi bizə ucuz başa gəldi"

"Real"ın prezidenti: "Beylin transferi bizə ucuz başa gəldi"
XƏBƏR 24 Sentyabr 2013 / 12:22 2513
-  A +

"Real"ın (Madrid) prezidenti Florentina Perez Qaret Beylin transferi haqqında maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, klub prezidenti "Cadena Ser" radiosuna müsahibəsində əslində uelsi yarımmüdafiəçinin transferinin onlara ucuz başa gəldiyini deyib: "Beyl üçün verilən pul əslində klub üçün o qədər də böyük məbləğ deyil. Hətta bu transfer bizə ucuz başa gəldi. Çünki bizim transfer siyasətimiz çox yaxşıdır. Beylin isə burada uğurlu çıxış edəcəyinə əminəm".

Qeyd edək ki, Madrid klubu 24 yaşlı oyunçunu heyətinə qatmaq üçün "Tottenhem"ə 91 milyon avro ödəyib.

Daha çox


Son xəbərlər