"Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu"

"Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu"
XƏBƏR 23 Sentyabr 2013 / 17:33 2087
-  A +

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, o, “Sumqayıt”la oyun barədə fikirlərini bildirib:

“Sumqayıt”ı məğlub edə bilmədiyimiz üçün məyusam. Təkcə mənim fərqlənmək üçün bir neçə imkanım oldu. O epizodlardan birini qola çevirsəydik ardı gələcəkdi. Rəqib sona kimi bütün komanda ilə müdafiə olundu. Qarşıda bizi növbəti çətin oyun gözləyir. Həftə sonu “Qarabağ”ı qəbul edəcəyik. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.

 


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner