"Rəvan" AZAL-la oyunun hazırlıqlarına start verdi

"Rəvan" AZAL-la oyunun hazırlıqlarına start verdi
XƏBƏR 23 Sentyabr 2013 / 14:53 1427
-  A +

"Rəvan” Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı AZAL ilə oyunun hazırlıqlarına start verib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən həftəsonu bərpaedici tədbirlər keçdikdən sonra bu gündən etibarən yenidən meydan məşqlərinə başlayıb.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında "Bayıl Arena”da keçirilən hazırlıqda zədəli Tofiq Mikayılovla Elvin Həsənəliyev istisna olmaqla, komandanın bütün üzvləri iştirak edib. Təxminən 2 saat davam edən bugünkü səhər məşqində futbolçular toplu çalışmalar üzərində işləyib. Məşq ümumilikdə taktiki-texniki yöndə olub.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner