“Barselona” yeni rekorda doğru

“Barselona” yeni rekorda doğru
XƏBƏR 23 Sentyabr 2013 / 14:32 2745
-  A +

Bu mövsüm La Liqada ardıcıl beşinci qələbəsini qazanan "Barselona" yeni bir uğura imza atıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubun bu beş matçda 18 qol vurub və qapısında cəmi 4 qol görüb. Bu statistika isə "Barsa" tarixinin üçüncü ən yaxşı göstəricisidir. Daha əvvəl komanda 1929/1930 və 2012/2013 mövsümündə ard-arda beş matçda qalib gəlmişdi.

Əgər klub "Real Sosyedad" və "Almeriya" ilə qarşıdakı matçlarda da qalib gəlsə, tarixindəki ən yaxşı starta imza atacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner