“İnter”in gürcüstanlı müdafiəçisi Laşa Salukvadze klubun rəsmi saytına müsahibə verib.
- Laşa, “Bakı” ilə matç kifayət qədər mürəkkəb alındı. Oyun haqqında fikirlərinizi bilmək istərdik...
-Anlayardıq ki, bizə məğlub olmaq olmaz. Komanda turnir cədvəlində son yerdədir və bu vəziyyət xal toplamağa zərurət yaradırdı. Hakimlik barədə danışmaq istəmirəm, lakin qapımıza 11 metrlik cərimə zərbəsinin və ikinci qolun vurulmasına gətirib çıxaran mübahisəli anlara toxunmaya bilmərəm. Buna baxmayaraq, oyun çox əzmkar alındı. Biz uzun müddət hesabda geridə qaldıq, lakin hesabı bərabərləşdirə bildik. Oyunun sonundasa önə keçmək üçün şansımız da oldu.
- İkinci buraxılmış qolla bağlı epizod, həqiqətən də birmənalı deyildi. Yanxətt hakimi rəqibin qaydanı pozduğunu göstərdi, lakin matçın baş hakimi topu “Bakı”ya verdi və qaydanın siz tərəfdən pozulduğunu göstərdi...
- Bəli, məhz belə oldu. Yanxətt hakimi mənə qarşı qaydanın pozulduğunu görərək bayrağı qaldırmışdı, amma həmin epizoda yanxətt hakimindən daha uzaq olan baş hakim bunun əksini göstərdi. Onun fikrincə, qaydanı məhz mən pozmuşdum. Yanxətt hakimi həmin epizodu daha yaxşı görmüşdü və baş hakimin nəyə görə başqa qərar qəbul etməsi mənə aydın deyil. Mən sonadək anlamadım, niyə referi məhz belə addım atdı.
- Yeri gəlmişkən, bu, sənin ilk turda aldığın zədədən sonra ilk oyunun idi. Meydana qayıtmaq çətin olmadı?
- Etiraf edim ki, çətin idi. Mən hələ formamı yığmamışam. Oyunun gedişində müəyyən ağrılar hiss edirdim və məhz buna görə də matçın sonunda səhvə yol verdim. Ancaq inanıram ki, növbəti oyunlarda özümü daha yaxşı hiss edəcəyəm və komandaya kömək edə biləcəyəm.
- “Bakı” ilə matçda “İnter”in baş məşqçisi Kaxaber Sxadadze özündə üç mərkəz müdafiəçisini ehtiva edən taktiki düzülüşü seçmişdi. Bu sxemə uyğun davranmaq necə idi?
- Bir qədər qeyri-adi idi, axı biz bir-birimizi yüz faiz tanımırıq, ancaq hesab edirəm ki, növbəti oyunlarda qarşılıqlı anlaşma daha yaxşı olacaq. Baş məşqçi necə oynamağı daha yaxşı bilir. O, belə oynamağın zəruri olduğunu hesab edirsə, deməli, belə taktiki sxem bizə daha çox fayda verəcək.
- Mövsümün startı “İnter” üçün çox uğursuz alındı. Komanda çətin vəziyyətdən çıxmağı və turnir cədvəlinin yuxarısında öz yerini tapmağı bacaracaqmı?
- Biz bu vəziyyətdən mütləq çıxacağıq. “İnter” həmişə yüksək yerlər uğrunda mübarizə aparır və irəlidə belə də olacaq. Sadəcə futbol elədir ki, belə uğursuzluq seriyaları olur və heç kim bundan sığortalanmamışdır. Komandamız mütləq özünü tapacaq və azarkeşlərini sevindirəcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?