"Beşiktaş" - "Qalatasaray" oyunu ilə bağlı 66 nəfər saxlanıldı

"Beşiktaş" - "Qalatasaray" oyunu ilə bağlı 66 nəfər saxlanıldı
XƏBƏR 23 Sentyabr 2013 / 11:30 2150
-  A +

Dünən Türkiyə Superliqasının sonuncu turu çərçəvəsində keçirilən  "Beşiktaş" - "Qalatasaray" matçında baş verən hadisələrlə bağlı 66 nəfər saxlanılıb.

Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən verdiyi məlumata görə,  Daxili işlər Naziri Muammer Güler şübhəli bilinən şəxslərin cəzalandrılıacağını açıqlayıb:

"Bütün kameralara baxılacaq.  Bu cür hadisələrin qarşısını almaq üçün daha ciddi işlər görüləcək. Stadiondakı kameraların da sayı artırılacaq və üz tanıma sistemi qurulacaq. Matçlardan uzaqlaşdırılan insanlar bir daha stadiona daxil ola bilməyəcəklər".

M.Gülər bildirib ki, stadiona 8 azarkeş bilet olmadan daxil olub.

Qeyd edək ki, dünən baş tutan İstanbul derbisinin 90+3 dəqiqəsində qonaq komandanın futbolçusu Felipe Melonun qırmızı vərəqə alıb, meydanı tərk edən zaman formasını çıxararaq azarkeşlərə göstərməsi tribunaları ayağa qaldırıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq