Premyer Liqada ilk istefa

Premyer Liqada ilk istefa
XƏBƏR 23 Sentyabr 2013 / 10:23 2892
-  A +

İngiltərə Premyer Liqası klublarından olan "Sanderlend" baş məşqçisi Paolo Di Kanio ilə yollarını ayırıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna klubun liqada uğursuz çıxışı səbəb olub. 

Klub rəsmi saytından italiyalı mütəxəssisi qovduğunu təsdiqləyib.
Bununla da, Premyer Liqada ilk məşqçi istefası baş tutub.

Qeyd edək ki, "Sanderlend" bu mövsüm yalnız bir heç-heçə ilə turnir cədvəlinin sonuncu pilləsindədir.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır