Topaz Premyer Liqasının VII turunun “Rəvan”la qarşılaşması (3:0) “Qəbələ”nin gənc futbolçusu Müşfiq Teymurovun cari mövsümdə debütü ilə əlamətdar olub.
Qol.Az-ın məlumatına görə, start heyətində meydana çıxıb əvəzlənmədən 90 dəqiqə oyunda olan 20 yaşlı müdafiəçi Yuri Syominin rəhbərliyi altında ilk qarşılaşmasını keçirib.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Teymurov ötən ay əvəzedicilərin çempionatında keçirilən 5 turun hamısında 90 dəqiqə forma geyməklə əsas komandanın məşqçilərinin diqqətini cəlb edib. Hələ ötən turun AZAL-la səfər oyununda əsas komandanın sıralarında olan Teymurov “18-liy”ə daxil edilsə də, meydana çıxmamışdı. Bu dəfə isə o, mövsümdə ilk dəfə əsas komandada meydana çıxıb.
Bu qarşılaşma 20 yaşlı müdafiəçi üçün əsas komandada ümumilikdə 5-ci oyun olub. Arxa xətt oyunçusu ötən mövsüm 3 çempionat və 1 kubok qarşılaşmasında şans qazanmışdı. Premyer Liqada ötən il oktyabrın 27-də debüt edən Müşfiq “qırmızı-qaralar” evdə “Turan”a 0:1 hesabı ilə məğlub olan vaxt 90 dəqiqə meydanda olmuşdu. Bundan sonrakı 3 görüşdə isə müdafiəçi sonradan meydana daxil olub. Ötən il noyabrın 28-də “Qaradağ-Lökbatan”la matçın (2:0) 71-ci dəqiqəsində meydana çıxan futbolçu Azərbaycan kubokunda debüt edib. Bu il aprelin 13-də “Bakı” ilə evdəki matçın (1:1) 72-ci dəqiqəsində, 8 gün sonra isə “Neftçi” ilə səfər oyununun (1:2) 87-ci dəqiqəsində meydana çıxıb.
"Rəvan"la matçın ardından fikirlərini klubun rəsmi danışan Müşfiq startda həyəcanlı olduğunu, amma sonradan həyəcanı üzərindən atmağı bacardığını deyib. Müdafiəçi ona güvəndiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib:
"Hər zaman əsas komandanın heyətinə düşmək üçün var gücümlə çalışmışam. "Rəvan"la matçda bu şans mənə verildi. Startda həyəcanlı idim. Amma biraz vaxt keçdikdən sonra matçın tempinə uyğunlaşdım, həyəcanı üzərimdən atdım. Necə oynadığım barədə fikir bildirməyim düzgün olmaz. Bu barədə məşqçilər heyəti qərar verəcək. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Gələcək oyunlarda da şans verilərsə, bacarığımı ortaya qoymağa hazıram".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?