"Real" (Madrid) klubunun sabiq futbolçusu Quti Hernandez maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "Real"ın əvəzedici komandalarında məşqçilik edən Quti Kriştiano Ronaldo və Qaret Beylin Lionel Messi və Neymar tandemindən daha yaxşı olduğunu bildirib:
"Ronaldo və Beyl daha istedadlı və olduqca sürətli futbolçulardır. Onların tandemi də artıq ilk günlərdən bəhrəsini verir. Buna görə də düşünürəm ki, Ronaldo və Beyl Messi və Neymar tandemindən daha güclüdür".
Qeyd edək ki, "Real"a 100 milyon avroya transfer olunan Beyl La Liqada ilk görüşündə fərqlənmişdi. Uelsli futbolçu "Vilyareal"la görüşdə komandasının bərabərlik qoluna imza atmışdı.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?