Millimiz Xorvatiyaya məğlub oldu

Millimiz Xorvatiyaya məğlub oldu
XƏBƏR 21 Sentyabr 2013 / 16:10 1579
-  A +

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, yığmamız Avstriyanın Lindabrunn şəhərindəki eyniadlı stadionda Xorvatiya komandası ilə qarşılaşıb.

Qarşılaşma 3:1 hesabı ilə Xorvatiya yığmasının xeyrinə başa çatıb. Yığmamızın heyətində Nigar Cəlilli fərqlənib.

Qarabağ FK
Son xəbərlər
topaz banner