"Barselona" futbolçusu ilə yollarını ayırır

"Barselona" futbolçusu ilə yollarını ayırır
XƏBƏR 21 Sentyabr 2013 / 14:43 3496
-  A +

"Barselona" klubunun futbolçusu Aleks Sonq komandadan ayrılmağa hazırlaşır.

Qol.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "AS" qəzeti məlumat yayıb. 

Qəzet kamerunlu yarımmüdafiəçi yanvar ayında Kataloniya klubundan gedəcəyini iddia edir. Səbəb isə 26 yaşlı oyunçunun az forma geyinməsidir.

Belə ki, Tito Vilanovanın baş məşqçilik etdiyi vaxtlarda 34 dəfə oyunlarda iştirak edən futbolçuya yeni çalışdırıcı Xerardo Martino hələ də forma şansı verməyib. "Barselona"nın Sonqun getməsinə razılıq verəcəyi iddia edilir.

Qeyd edək ki, futbolçunun keçmiş klubu "Arsenal"a transfer olunacağı gözlənilir.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır