"Qəbələ" idmançısı medal qazandı

"Qəbələ" idmançısı medal qazandı
XƏBƏR 21 Sentyabr 2013 / 13:42 1399
-  A +

Bosniya və Herseqovinanın Sarayevo şəhərində 20-22 sentyabr 2013-cü il tarixində keçirilən cüdo üzrə Gənclər arasında Avropa çempionatında milli yığma komandamız 2 qızıl və 2 bürünc medalla hazırda birinci pillədədir.

Qol.Az-ın məlumatına görə, sevindirici haldır ki, yığma komandanın heyətində yer alan "Qəbələ" təmsilçisi Mehman Sadıqov 55 kq çəki dərəcəsində bürünc medal qazanmaqla bu uğurda pay sahibi olub.
 
O, üçüncü yer uğrunda mübarizədə isveçrəli Matteu Qroellə şans verməyib. Xatırladaq ki, 55 kq çəki dərəcəsində qızıl medala Azərbaycan cüdoçusu Davud Məmmədov sahib çıxıb. 60 kq-da da qızıl və bürünc medallara Azərbaycan təmsilçiləri yiyələniblər. Rəşad Rufullayev qızıl, Oruc Vəlizadə isə bürünc medalı boynundan asıb.

Qeyd edək ki, cüdo üzrə Gənclər arasında Avropa Çempionatında 43 ölkədən 416 cüdoçu gücünü sınayır.

Son xəbərlər