"Real" və "Barselona"nın oyunu məni həyəcanlandırmır"

"Real" və "Barselona"nın oyunu məni həyəcanlandırmır"
XƏBƏR 21 Sentyabr 2013 / 12:31 3681
-  A +

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone məşqdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komanda ilə müqaviləsini yeniləyən Arda Turanın klub üçün çox dəyərli və böyük futbolçu olduğunu deyən argentinalı mütəxəssis La Liqa haqda da fikirlərini bölüşüb:

"Biz böyüməyə davam edən bir klubuq. Futbolçular gəldikləri yerin yetərli olmadığını bilib, daha artığını istəyirlər. Komandada özünəinam və sabitlik var. La Liqa bizə öyrətdi ki, hər klub digəri ilə mübarizədə qələbə qazana bilər. Buna görə də daha da yaxşılaşmalıyıq".

Əsas rəqəbləri olan "Real" (Madrid) və "Barselona"nın bu mövsümkü çıxışını qiymətləndirən Simeone hər iki klubu oyununun onu həyəcanlandırmadığını bildirib: "Ancaq "Atletiko" indiyə kimi çox diqqət çəkməsə də, təhlükəli rəqibdir. Məncə, bu mövsüm onlar üçün uğurlu olacaqlar".

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq