"Məsut Özili istədik, ancaq o "Arsenal"ı seçdi"

"Məsut Özili istədik, ancaq o "Arsenal"ı seçdi"
XƏBƏR 20 Sentyabr 2013 / 16:22 4095
-  A +

"Arsenal"ın "Real" (Madrid) klubundan transfer etdiyi Məsut Özili PSJ də heyətinə qatmaq istəyib.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Paris klubunun baş məşqçisi Loren Blan açıqlamasında deyib.

Xuan Mata və Runini transfer etmək istədikləri bağlı xəbərləri təkzib edən 47 yaşlı mütəxəssis bildirib ki, Məsut üçün danışıqları olub:

"Bu oyunçuları da komandada görmək çox yaxşı olardı. Amma yalnız Özilin transferi üçün danışıqlar olub. O, isə "Arsenal"ı seçdi".

Qeyd edək ki, türk əsilli alman yarımmüdafiəçi London klubu ilə beş illik müqavilə imzalayıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq