Azərbaycan kubokunun finalçısı Avropa Liqasında iştirak edə bilməyəcək

Azərbaycan kubokunun finalçısı Avropa Liqasında iştirak edə bilməyəcək
XƏBƏR 20 Sentyabr 2013 / 16:12 3463
-  A +

UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Avropa Liqasının formatı da müzakirə olunub.

Qol.Az-ın məlumatına görə, UEFA-nın Klub Yarışları üzrə Komitəsi ölkə kubokunun finalistinin Avropa Liqasında iştirak etməsi ilə bağlı qərara dəyişiklik edib.

Qərara əsasən ölkə kubokunun finalında məğlub olan komandanın Avropa Liqasında iştirakına icazə verilməyəcək. Belə də, kubokun finalçısını ölkə çempionatında 4-cü pilləni tutan komanda əvəz edəcək. Lakin bu dəyişiklik 2015/2016 mövsümündən tətbiq olunacaq.

Qeyd edək ki, UEFA daha bir ölkənin Cəbəllütariqin iki klubunun avrokuboklarda iştirakına icazə verib.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq