"Real"a biabırçı məğlubiyyətin günahkarları tapıldı

"Real"a biabırçı məğlubiyyətin günahkarları tapıldı
XƏBƏR 20 Sentyabr 2013 / 13:14 4412
-  A +

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsində İspaniya Madrid “Real”ına 1:6 hesablı məğlubiyyətin günahkarlarını cəzalandırıb.

Lent.az-ın “Hurriyet”ə istinadən xəbərinə görə, 60 yaşlı mütəxəssis Emmanuel Ebue, Dani Nunkeu, Orelyen Şedju və Burak Yılmazı “Beşiktaş”la Türkiyə Superliqasının VI tur matçında oynatmayacaq.
 
F.Terimin fikrincə, bu futbolçular “kral klubu” ilə oyunda meydana nəzarəti tezliklə əldən veriblər. O, sağ cinahda ümidləri doğrultmayan Ebueni əksərən ehtiyatda qalan Sabri Sarıoğlu ilə əvəzləyəcək. Müdafiənin mərkəzindəki Dani – Şedju duetinin yerinə Semih Kaya – Gökhan Zan cütlüyü oynayacaq.
 
Baş məşqçinin “Real”la qarşılaşmada bəyəndikləri də olub. Terim Albert Rieraya bu mövsüm ilk dəfə Superliqa matçında səlahiyyət verəcək. Riera sol cinahda çıxış edəcək. “Real”a vurulan yeganə qolun müəllifi Umut Bulut isə “Beşiktaş”la matçda Didye Droqbanı əvəzləyəcək. Yeni transfer Bruma da ilk dəfə start heyətində yer alacaq.
 
Qeyd edək ki, sentyabrın 22-də İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq