Elnur Allahverdiyev rəsmən "Qəbələ"də

Elnur Allahverdiyev rəsmən "Qəbələ"də
XƏBƏR 20 Sentyabr 2013 / 13:05 2644
-  A +

“Qəbələ” klubu sıralarını yeni futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumaat görə, Azərbaycan yığma komandasının üzvü, daha əvvəl “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”da top qovmuş Elnur Allahverdiyevlə yarımillik müqavilə imzalanıb. Müdafiəçi “Qəbələ”də 36 nömrəli forma ilə çıxış edəcək.

Keçidin rəsmiləşməsinin ardından futbolçu bunları deyib:

“Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim. Artıq 2 gündür ki Qəbələdəyəm. Çox gözəl atmosfer  və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub komandanın hədəflərinə çatmasına kömək etməkdir. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram”.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq