Arda: "Messi və Ronaldonun səviyyəsinə qalxmaq istəyirəm"

Arda: "Messi və Ronaldonun səviyyəsinə qalxmaq istəyirəm"
XƏBƏR 20 Sentyabr 2013 / 11:27 2515
-  A +

"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan Türkiyənin "NTV Spor" kanalına  açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Madrid klubu ilə müqaviləni 2017-ci ilə qədər uzadan türk yarımmüdafiəçi Messi və Ronaldo kimi oyunçuların səviyyəsinə qalxmaq istədiyini deyib: "Burada çox rahatam. Buna görə də istədiyim futbolu oynaya bilirəm. Yenə də bir çox əskiklərim var. Dünyanın ən yaxşı oyunçularına qarşı mübarizə aparıram. Bundan sonra daha yaxşı olaraq onların səviyyəsinə qalxmaq istəyirəm.

Arda bildirib ki, mövsümün əvvəlində bir çox türk və xarici klublardan təklif alsa da, hazırkı komandasında qalmağı seçib: "Amma mən burada qalmağa qərar verdim.  Avropada futbol oynamaq türk futbolçusu üçün hədəf olmalıdır".


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq