"Rəvan” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ” ilə üz-üzə gələcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “aslanlar” artıq bu oyuna hazırlığı başa vurub.
Yol yorğunluğunu təxminən 2 saatlıq istirahətlə çıxardıqdan sonra Qəbələ şəhər stadionuna yollanan komanda 1 saata yaxın müddətdə məşq edib. Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrılıb. Ardından "kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən, asmaların qapanması və qapıya zərbələr üzərində işləyən futbolçular oyuna hazırlığı tamamlayıb.
Qeyd edək ki, "Qəbələ” ilə oyunumuz sabah saat 17:00-da başlayacaq. Görüş "İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?