ABŞ-ın Arizona ştatında boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Ken Norton 70 yaşında dünyasını dəyişib.
Son illər müxtəlif xəstəliklərdən əziyyət çəkən Norton bir neçə dəfə insult keçirib. Onun ölümünə isə ürək çatışmazlığı səbəb olub.
Qeyd edək ki, “Qara Herkules” ləqəbli Ken Norton karyerasına 1967-ci ildə başlayıb. O, 6 il sonra Məhəmməd Əli ilə döyüşdə xal hesabı ilə qalib gəlib və üstəlik, rəqibinin çənəsini qırıb. Lakin yarım il sonra revanş döyüşündə Əli qələbə qazanıb.
Norton dünya çempionluğunu 1977-ci ildə qazanıb. O, çempionluq kəmərini cəmi 1 il sonra Lari Holmsa yenilərək itirib. Mərhum boksçu karyerası ərzində 50 döyüş keçirib, 33-ü nokautla olmaqla, 42 qələbə qazanıb və 7 dəfə məğlub olub. İdmandan getdikdən sonra Norton bir neçə filmə çəkilib, habelə, boks qarşılaşmalarını televiziya ilə şərh edib (Lent.az).
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi
“Qarabağ” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl xal itirdi
39 yaşlı Ceymi Vardi İngiltərə çempionatına qayıtdı
Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil
Luis Enrikenin maaşı artırıldı
Osimhen sıradan çıxdı