Ronaldo “Real”ın tarixinə düşdü

Ronaldo “Real”ın tarixinə düşdü
XƏBƏR 19 Sentyabr 2013 / 16:18 2710
-  A +

"Real"la (Madrid) müqaviləsini yeniləyən Kriştiano Ronaldo  klubun tarixinə düşüb.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu Madrid klubunun əfsanəvi futbolçusu Ferens Puşkaşın 204 matçda 205 qolluq rekordunu geridə qoyub. Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda het-trik edərək 204-cu oyununda 206-cı qolunu vurub.

ÇL-də "Real" forması ilə 38 matçda 41-ci dəfə fərqlənən futbolçu klubun əfsanələri Huqo Sançes və Raulun ardından bu turnirdə ən çox qol vuran üçüncü oyunçu olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner