Viktor Mendi: "Qollarımın ardı gələcək"

Viktor Mendi: "Qollarımın ardı gələcək"
XƏBƏR 19 Sentyabr 2013 / 15:50 1457
-  A +

"Çox zəngin və yaxşı futbolçulardan ibarət heyətimiz var. Hamı öz üzərində səylə çalışır. Kollektivdə rəqabət mövcuddur. Mən də bir futbolçu kimi oynamaq, komandama kömək etmək istəyirəm. Bunun üçün daim öz üzərimdə işləyirəm, oyundan-oyuna daha yararlı olmağa çalışıram".

Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Premyer Liqanın VII turu çərçivəsində baş tutacaq "Qəbələ" - "Rəvan" oyunu öncəsi "qırmızı-qaralar" futbolçusu Viktor Mendi klubun rəsmi saytına açıqlamasında söyləyib.

Mövsümə uğurlu start verən və arxada qalan 6 matçda 3 dəfə fərqlənən Mendi uğurunu gələcək matçlarda davam etdirəcəyinə inandığını bildirib. Hücumçu ötən tur debüt edən Daniel Subotiç və "Rəvan" matçı ilə bağlı fikirlərini də açıqlayıb:

"Çempionata startımızı normal saymaq olar. Hazırda 3-cü pillədəyik və liderlə bizi yalnız 1 xal ayırır. Liderliyə yüksəlmək üçün qələbələrimizi sıralamalıyıq. Bu hədəfə çatmaq üçün mən də hücumçu kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İnanıram ki, qollarımım ardı gələcək. AZAL-la matçda hücumçumuz Daniel Subotiç debüt etdi. Əslində Subotiçlə uzun zamandır birlikdə məşq edirik. Amma rəsmi görüşdə ilk dəfə ötən həftə birlikdə oynamaq qismət oldu.

Daniel çox güclü futbolçudur. Debütü uğurlu alındı. Onunla oyunumuz da yaxşı alınır. O, qolları ilə hələ qarşıdakı oyunlarda komandaya çox kömək edəcək. O ki qaldı "Rəvan"la matça, sözügedən qarşılaşmaya ciddi hazırlaşmışıq. Düzdür, rəqibimiz turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Lakin buna fikir vermirik. Bütün oyunlara eyni ciddiyətlə yanaşırıq. Başqa cür yanaşma mənfi nəticlərə gətirib çıxara bilər. İnanıram ki, qalib gəlib uğurlu çıxışımızı davam etdirəcəyik".

Son xəbərlər