Messi: "Raulun rekordunu keçmək..."

Messi: "Raulun rekordunu keçmək..."
XƏBƏR 19 Sentyabr 2013 / 15:16 3213
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsində "Ayaks"la oyunda (4:0) qırdığı rekordundan danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ÇL-də 62-ci qolunu vuran və ən çox het-trik edən oyunçu "Real"ın əfsanəvi futbolçusu Raul Qonzalesin rekorduna yaxınlaşıb.
 
Ancaq o, bu rekordu keçməyin onun üçün önəmli olmadığını bildirib: "Raulun rekordunu keçmək ona meydan oxumaq olar. Amma mənim üçün vacib olan bu deyil. Mən əsasən kuboku qazanmaq istəyirəm. Rekord qırmağı fikirləşmirəm".

Qeyd edək ki, Raul Qonzales ÇL-də 71 qolla ən çox fərqlənən futbolçudur.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır