Kasilyasın zədəsi ciddi deyil

Kasilyasın zədəsi ciddi deyil
XƏBƏR 19 Sentyabr 2013 / 11:19 1532
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda zədələnən "Real"ın (Madrid) qapıçısı İker Kasilyasın son vəziyyəti məlum olub.

Qol.Az-ın xəbərinə görə, klubun rəsmi saytından verilən açıqlamada ispan qolkiperin zədəsənin ciddi olmadığı açıqlanıb.

Onun ÇL-də "Kopenhagen"lə matçda yetişəcəyi bildirilib.

Qeyd edək ki, Kasilyas 9 aydan sonra "Qalatasaray"la qarşılaşmada yenidən Madrid klubunun start heyətində forma geyinmişdi. Ancaq təcrübəli qapıçı görüşün 10-cu dəqiqəsində komanda yoldaşı Serxio Ramosla toqquşma nəticəsində zədələnərək oyunu tərk etmək məcburiyyətində qalmışdı.

Son xəbərlər