Messi: "Turnirə qələbə ilə başlamaq vacib idi"

Messi: "Turnirə qələbə ilə başlamaq vacib idi"
XƏBƏR 19 Sentyabr 2013 / 10:23 1937
-  A +

"Barselona" klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşdıqları "Ayaks"la oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu ilk oyunda qələbənin vacib olduğunu bildirib:

"Turnirə qələbə ilə başlamaq çox vacib idi. Məncə, oyunumuz pis də alınmadı. Bizdə bəzi futbolçular var ki, onlar əks-hücumlarda əla oynayırlar. Çempionlar Liqasında 62 qol vurduğum üçün sevincliyəm. Ancaq əsas komandanın qələbəsidir".

Qeyd edək ki, "Barselona"nın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi het-triklə yadda qalmışdı.


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner