Millimizin oyunlarının vaxtı açıqlandı

Millimizin oyunlarının vaxtı açıqlandı
XƏBƏR 19 Sentyabr 2013 / 00:20 1827
-  A +

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun başlanma vaxtı və stadionu müəyyənləşib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamızın oktyabrın 10-da Norveçin Drammen şəhərindəki “Marienlyst” stadionunda Norveçlə keçirəcəyi oyunu saat 20.00-da, oktyabrın 15-də Bakıdakı “Bayıl Arena”da Portuqaliya ilə matçı isə saat 16.00-da başlayacaq.

 

Son xəbərlər