“Atletiko”nun ilk rəsmi azarkeşi öldü

“Atletiko”nun ilk rəsmi azarkeşi öldü
XƏBƏR 18 Sentyabr 2013 / 17:28 2413
-  A +

İspaniyanın “Atletiko” futbol klubunun ilk rəsmi azarkeşi Fransisko Espino Rodriges vəfat edib.

Lent.az-ın məlumatına görə, Rodrigesə 1 avqust 1933-cü ildə “sosyo” (İspaniyada rəsmi azarkeşləri belə çağırırlar) üzvlük bileti verilib.
 
Klubun rəsmi saytı onun ölümü ilə bağlı başsağlığı mətni yayıb.
 
Qeyd edək ki, “Atletiko” sentyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. “Azerbaijan Land of Fire” formalı komanda Bakı vaxtı ilə saat 23:45-də Madriddəki “Visente Kalderon” stadionunda Rusiya “Zenit”ini sınağa çəkəcək.

Son xəbərlər