Platiniyə görə "Neftçi"nin oyununun yeri dəyişdi

Platiniyə görə "Neftçi"nin oyununun yeri dəyişdi
XƏBƏR 18 Sentyabr 2013 / 16:31 3493
-  A +

Topaz Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Sumqayıt" - "Neftçi" matçının yeri dəyişdirilib.

Qol.Az-ın xəbərinə görə, buna səbəb kimi UEFA prezidenti Mişel Platinin həmin vaxt Bakıda səfərdə olacağı göstərilir.

“Sumqayıt” klubu PFL-ə müraciət edərək ev oyunlarını keçirdikləri stadionda infrasturuktur işlərinin yekunlaşması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının I dövrəsinin “Sumqayıt” – “Neftçi” matçının 8-ci km qəsəbə stadionunda,  ikinci dövrənin matçının isə Sumqayıt şəhərində keçirilməsinə icazə verməyi xahiş etmişlər. Bu səbəbdən də yuxarıda qeyd olunanları və “Neftçi” klubunun razılıq məktubunu nəzərə alaraq adı çəkilən komandalar arasındakı görüşün yeri dəyişdirilib. 

Qərarda deyilir:

1. Topaz Premyer Liqasının VII turunun “Sumqayıt” – “Neftçi” matçı 22 sentyabr 2013-cü il tarixindən 21 sentyabr  2013-cü il tarixinə dəyişdirilsin və matç “Baksell Arena” stadionunda keçirilsin.
2. Topaz Premyer Liqasının XV turunun “Neftçi” – “Sumqayıt” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilsin.

Qeyd edək ki, AFFA rəhbərliyinin təşəbbüsü ilə M.Platini sentyabrın 21-də baş tutacaq “Neftçi” – “Sumqayıt” görüşünü stadiondan canlı izləyəcək.


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner