Topaz Premyer Liqasının son iki turunda qələbə qazanmağı bacaran "Simurq" klubu bir günlük istirahətdən sonra məşqləri bərpa edib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünən Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında "Qarabağ"la oyunun hazırlıqlarına start verib.
İki saata yaxın davam edən çalışmadan öncə baş məşqi Georgi Çixradze futbolçularını ətrafına toplayaraq onlarla qısa söhbət aparıb. Bundan sonra futbolçular qısa məsafəli qaçış və isinmə hərəkətlərilə məşqə başlayıb.
Hazırlığın davamında isə məşqçilər korpusu futbolçuları iki qrupa ayırıb. "Sumqayıt"la oyunun əsas vaxtlarında meydanda olmuş futbolçular hazırlığı ayaq tennisi oynamaqla davam etdirib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Taktiki çalışmalardan sonra isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Komanda bu gün isə iki məşqə çıxacaq. Səhər fitness zalda çalışmaları davam etdirən Zaqatala təmsilçisi, axşam saatları üçün planlaşdıran hazırlığı isə toplu təmrinlərdən ibarət olacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Simurq" oyunu sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?