"Sumqayıt"la matçda oynamamağım nəticəyə təsir etməyəcək"

"Sumqayıt"la matçda oynamamağım nəticəyə təsir etməyəcək"
XƏBƏR 18 Sentyabr 2013 / 14:25 1343
-  A +

“Neftçi” klubunun futbolçusu Bruno Bertuççi “Sumqayıt” klubu ilə oyun öncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan braziliyalı futbolçu son turda "İnter"lə görüşdə qırmızı vərəqə almasını belə şərh edib:

“Ötən tur “İnter”lə qarşılaşmada qırmızı vərəqə aldım. Oyunun gərginliyi futbolçulara da siraət etdiyindən, həmin epizodda hakim haqlı olaraq həm məni, həm də rəqib futbolçunu meydandan kənarlaşdırdı. Bu səbəbdən də “Sumqayıt”la oyunda komandama kömək edə bilməyəcəm. Çempionat uzun marafon olsa da, burada hər xal üçün mübarizə aparmalısan.

Ona görə də heç bir matça arxayın çıxmamalıyıq. Azarkeşlərimiz də bilsinlər ki, səfər oyunlarında onların dəstəyinə daha çox ehtiyacımız var. İnanmıram ki, mənim oynamamağım nəticəyə təsir etsin. “Neftçi”də hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır. Bu səbəbdən də meydana hansı futbolçu çıxsa, qələbə üçün əlindən gələni edəcək”.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner