"Fatih Terim gedib "Fənərbaxça"nı çalışdırsın!"

"Fatih Terim gedib "Fənərbaxça"nı çalışdırsın!"
XƏBƏR 18 Sentyabr 2013 / 11:16 3562
-  A +

"Qalatasaray"ın baş katibi Adnan Nas klubun baş məşqçisi Fatih Terim haqqında sərt fikirlər səsləndirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun Çempionlar Liqasında Madrid "Real"ına məğlubiyyətindən sonra (1:6) sonra o, türk mütəxəssis barədə bunları deyib:

"Terim getsin bir az da "Fənərbaxça"nı çalışdırsın. Gedib millini çalışdırdığın üçün klubunda məşqlər etdirmədiyin təqdirdə belə də olacaqdı. Komandanın vəziyyəti çox pisdir. Engin oynayır, nə qədər pulla transfer olan Bruma ehtiyatda saxlanılır".

Qeyd edək ki, klubun vitse-prezidenti Ali Dürüst də yığma ilə olan problemlərə son qoymaq lazım olduğunu bildirib: "Milli ilə yaranan problemlərə son qoymaq lazımdır. Yoxsa, bu, ancaq "Qalatasaray"a zərər verəcək".

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner