"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyundan (6:1) sonra açıqlamalar verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis qalib gəlmələrinə baxmayaraq matçın onlar üçün çətin keçdiyini deyib:
"Bu oyunu asan qazanmadıq. Hesab oynanılan futbola uyğun deyil. İlk hissədə rəqibimiz çox yaxşı oyun nümayiş etdirdi. Matçın əvvəlində problemlər yaşadıq. "Qalatasaray" bizdən daha yaxşı oynadı. İkinci hissədə isə üstünlük bizim tərəfdə idi. Rahat oynadıq və özümüzə çox güvəndik".
Ançelotti bildirib ki, qrupdan çıxmaq üçün hər kəsin şansı var: "Digər qarşılaşma 1:1 hesabı ilə bitdiyi üçün hər kəsin şansı var. Ancaq biz üç xal qazanaraq üstünlük əldə etdik".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?