Topaz Premyer Liqanın sonuncu turu çərçivəsində keçirilən "Rəvan" - "Qarabağ" matçında diqqətçəkən məqamlardan biri meydan sahiblərinin futbolçusu Novruz Məmmədovun kapitan sarğısını qoluna keçirməsi olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı müdafiəçi Ramazan Abbasov və Rəşad Abdullayevin yoxluğunda sarğını qoluna taxıb.
Belədə Məmmədov cari mövsüm "Rəvan"ı kapitan kimi meydana çıxaran 3-cü futbolçu olub. Daha öncə məhz Abbasovla (3 oyun) Abdullayev (2 oyun) fərqlənmişdi.
Ümumilikdə isə Novruz Premyer Liqada "Rəvan”ı kapitan kimi meydana çıxaran 8-ci futbolçu olub. Elitada 70 oyun keçirmiş komandada buna qədər Miloş Zeçeviç (49 oyun), Tural Axundov (10), Ramazan Abbasov (4), Əkrəm Hodziç, Rəşad Abdullayev (hər ikisi 2), Davud Kərimi və Nodar Məmmədov (hər ikisi 1) oyuna "sarğı” ilə başlamışdı.
Premyer Liqada ilk dəfə kapitan olmaq şərəfinə layiq görülmüş Novruz Məmmədov məsələ ilə bağlı klubun rəsmi saytına danışıb. Buna qədər "Muğan” I divizionda oynayarkən kapitan olmuş "21” nömrəli futbolçu bunları deyib:
"Mənim üçün də bir qədər gözlənilməz oldu. Yəqin məşqçilər vaxtilə bu komandada oynamağımı nəzərə alıb "sarğı”nı mənə etibar etdilər. Ramazan Abbasov və Rəşad Abdullayev oynamırdı deyə, mən seçildim. Bizim əsas kapitanımız bəllidir – Ramazan Abbasov. Sadəcə, o və vitse-kapitan meydanda olmadığından bu məsuliyyətli iş mənə həvalə olundu. Əlbəttə, kapitanlıq sarğısı məsuliyyəti və təzyiqi artırır. Amma çalışdım ki, bunun mənə təsir etməsinə imkan verməyəm. Sadəcə, öz oyunumu oynayırdım. Onsuz da hər oyuna məsuliyyətlə yanaşmaq borcumuzdur. Bütün komanda işə məsuliyyətlə yanaşır”.
Məmmədov "Qarabağ”la oyunla bağlı fikirlərini də bölüşüb: "Çətin oyun olacağını bilirdik. Axı "Qarabağ” kimi güclü komandaya qarşı mübarizə aparırdıq. Əlimizdən gələni etdik. Son dəqiqələrdə qol buraxmağımız isə çox üzücü oldu. Bu məqama əsasən 2 xal itirdiyimizi söyləyə bilərəm. Amma ümumən oyuna görə qənaətbəxş nəticə əldə etdik. Sadəcə, 1:0 olsaydı, lap əla olardı”.
Sonda Novruz "Qəbələ” ilə qarşıdan gələn matçla bağlı danışıb: "Məncə, "Rəvan” artıq özünə gəlib. Biz hər keçən oyunda daha yaxşı oynayırıq. Bu ənənəni Qəbələdə də davam etdirmək niyyətindəyik. İndi çempionatda hər oyun çətin olur. Son 2 oyundakı kimi mübarizə aparmalıyıq. Hər halda, mütləq meydanda sona qədər döyüşmək lazımdır. Ümidvaram ki, Bakıya sərfəli nəticə ilə dönəcəyik”.
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov 2-ci liqaya göndərildi
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
"Atletik"də Valverdeni kim əvəz edəcək?
Bu klub Bernardo Silva ilə danışıq aparır
Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - Video
Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sabahkı oyunlar FİFA referilərinə tapşırıldı
Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı