Bundesliqa klubu baş məşqçini qovdu

Bundesliqa klubu baş məşqçini qovdu
XƏBƏR 17 Sentyabr 2013 / 17:28 2116
-  A +

Bundesliqa klublarından olan "Hamburq" baş məşqçisi Torsten Finklə yolları ayırıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna klubun ölkə çempionatındakı uğursuz çıxışı səbəb olub.

Belə ki, komanda cari mövsümdə 4 xal qazanmasına baxmayaraq qapısında 15 qol görüb. Klubun son olaraq "Borussiya" (Dortmund) klubuna 2:6 hesabı ilə məğlub olmasının ardından rəhbərlik baş məşqçini qovub.

Qeyd edək ki, Finkin getməsindən sonra boş qalmış baş məşqçi postuna Franko Foda və ya Markus Babbelinin gətiriləcəyi gözlənilir.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner