Erik Ramos: "Rəqibi qiymətləndirməmək olmaz"

Erik Ramos: "Rəqibi qiymətləndirməmək olmaz"
XƏBƏR 17 Sentyabr 2013 / 16:08 1728
-  A +

“Neftçi” klubunun futbolçusu Erik Ramos Topaz Premyer Liqasının 7-ci turu “Sumqayıt”la keçiriləcək oyunla bağlı danışıb.
 
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan E.Ramos əsas məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib: “Ötən mövsüm “Sumqayıt” klubu ilə səfər matçında uduzmuşduq. Bu bir daha onu göstərir ki, rəqibi qiymətləndirməmək olmaz. “Sumqayıt” gənc futbolçulardan təşkil edilmiş güclü komandadır. Düzdü, mən cəzalı olduğum üçün bu oyunda meydana çıxa bilməyəcəm.
 
Bununla belə “Neftçi”də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var. Məşqçilər korpusunun kimə şans verəcəyindən asılı olmayaraq məqsədimiz qələbə qazanmaqdır. İnanıram ki, komanda yoldaşlarım gözəl oyun nümayiş etdirib azarkeşlərimizə qələbə sevinci yaşadacaq”.

Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner