Rail Məlikov əməliyyat olundu

Rail Məlikov əməliyyat olundu
XƏBƏR 17 Sentyabr 2013 / 15:54 1833
-  A +

Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan "Qəbələ"nin futbolçusu Rail Məlikov İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib.

Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner